İrandakı zəlzələdə ölənlərin sayı artdı - Yenilənib
İranın Rəzəvi Xorasan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.
Liderxeber.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri təxminən 96,1 min nəfər əhalisi olan Kaşmir şəhərindən 3 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
İRNA agentliyi isə zəlzələnin 5 bal gücündə olduğu haqda məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyətinin iki qrupu vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə göndərilib. Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.
Kaşmir valisinin sözlərinə görə, Rəzəvi şəhərində baş verən 5 bal gücündə zəlzələ nəticəsində 2 nəfər ölüb.
***
Zəlzələ nəticəsində ölənlərin sayı 4 nəfərə, yaralananların sayı isə 120 nəfərə çatıb.