Rusiyada kütləvi PUA hücumu zamanı 1 nəfər ölüb, 4 nəfər yaralanıb
Ukrayna Rusiyanın Krasnodardakı "Yujnıy" avtovağzalının və qazanxana binalarına kütləvi PUA hücumu təşkil edib.
Liderxeber.az xəbər verir ki, PUA hücumu nəticəsində bir qazanxana işçisi ölüb, 4 nəfər isə xəsarət alıb.
Rusiya Müdafiə Nazirliyi isə ötən gecə ərzində hava hücumundan müdafiə sistemlərinin Krım ərazisi və Qara dəniz üzərində Ukraynaya məxsus 70 PUA-nı, Krasnodar diyarı üzərində 43 PUA və Volqoqrad vilayəti üzərində bir PUA-nı məhv etdiyi barədə məlumat yayıb.
Həmçinin, Qara dənizin şimal-qərb hissəsində dəniz aviasiya qüvvələrinin Ukrayna Hərbi Dəniz Qüvvələrinin 6 pilotsuz katerini məhv etdiyi bildirilib.
Oxşar Xəbərlər:
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
03 iyun 2024, Bazar ertəsi
Makronun avantürası – fransızlar Ukraynaya ordu göndərilməsinə qarşıdırlar - ŞƏRH
09 iyun 2024, Bazar günü
Zelenski: Yeni HHM sistemlərinin tədarükü ilə bağlı razılaşmalar əldə olunub