Pressa.az » Dünya » Polşa Belarusla sərhəd məntəqələrini bağlamaq niyyətindədir

Polşa Belarusla sərhəd məntəqələrini bağlamaq niyyətindədir

23 iyun 2024, Bazar günü, 09:01
Polşa Belarusla sərhəd məntəqələrini bağlamaq niyyətindədir

Polşa höküməti Belarusla sərhəddə bütün sərhəd-keçid məntəqələrinin bağlanması imkanlarını nəzərdən keçirir.

Liderxeber.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski “TVN24” telekanalına müsahibəsində bildirib.

“Belarusun addımları ilə əlaqədar biz bütün sərhəd-keçid məntəqələrinin bağlanmasını nəzərdən keçiririk. Hazırda bunun Polşa iqtisadiyyatına təsir edib-etməyəcəyini nəzərdən keçiririk”, - XİN başçısı vurğulayıb.

İyunun 13-də Polşa Belarusla sərhəddə bufer zonası tətbiq edib.