Pressa.az » Dünya » Pentaqon: İsrailin Livandakı əməliyyatı İranla münaqişə riskini artıra bilər

Pentaqon: İsrailin Livandakı əməliyyatı İranla münaqişə riskini artıra bilər

24 iyun 2024, Bazar ertəsi, 09:15
Pentaqon: İsrailin Livandakı əməliyyatı İranla münaqişə riskini artıra bilər

“İsrailin Livandakı “Hizbullah” hərəkatına qarşı əməliyyatı İranla münaqişə riskini artıra bilər”,

Liderxeber.az xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun Kabo-Verdedə Reuters agentliyinə müsahibəsində deyib.

Generalın fikrincə, İsrailin hərəkətləri və “Hizbullah” üçün təhlükə münaqişənin genişlənməsinə birbaşa səbəbdir. O qeyd edib ki, “Hizbullah” “HƏMAS”la müqayisədə daha böyük potensiala malikdir və İrandan əhəmiyyətli dəstək alır.

Braun həmçinin vurğulayıb ki, İsrailin gələcək hərəkətlərini proqnozlaşdırmaq çətindir.

General bölgədə münaqişənin mümkün genişlənməsindən qorxduğunu bildirib və qeyd edib ki, “Hizbullah”ın kütləvi hücumu halında ABŞ-ın müdafiədə İsrailə yardımı çətin ola bilər.