Mirzoyan: Azərbaycanla sülh sazişi regionda sabitliyin bərqərar olması üçün vacibdir
Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir.
Liderxeber.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan albaniyalı həmkarı İqli Hasani ilə görüşündə deyib.
Görüş Xorvatiyada keçirilən “Dubrovnik” forumu çərçivəsində baş tutub.
A.Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması prosesi barədə həmkarına məlumat verib.
Bundan əlavə, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsinə, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının həyata keçirilməsinə yönəlmiş ikitərəfli gündəliyə aid məsələləri müzakirə ediblər.
Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri barədə fikir mübadiləsi aparılıb.
Oxşar Xəbərlər:
13 iyun 2024, Cümə axşamı
Fransa dərs çıxarmağa tələsmir - Ermənistanı hərbiləşdirməkdən əl çəkmir - ŞƏRH
22 iyun 2024, Şənbə
Üçüncü Qarabağ müharibəsi qaçılmazdır: Parislə İrəvan Azərbaycanın “qırmızı xətt”ini keçir - Təhlil
07 mart 2024, Cümə axşamı
Ermənistan XİN rəhbəri: Hazırda Azərbaycanla sülhün əldə edilməsi üçün imkan var