Böyük Britaniyada vatsap qadağan oluna bilər
Vatsap mesajlaşma tətbiqi “Onlayn Təhlükəsizlik Aktı”na görə tezliklə Böyük Britaniyada qadağan oluna bilər.
LiderXəbər xəbər verir ki, bu haqda “Meta”nın vatsap rəhbəri Uil Katkart açıqlama verib.
Bildirilib ki, “Onlayn Təhlükəsizlik Aktı” tətbiqi hazırda xidmətdə mesajları qoruyan “ucdan-uca şifrələmə”ni zəiflətməyə məcbur edə bilər.
Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, vatsap bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var.
Oxşar Xəbərlər:
09 mart 2023, Cümə axşamı
Azərbaycanda qızıl hasilatçısı ABB ilə 55 milyonluq kredit müqaviləsi imzalayıb
27 fevral 2023, Bazar ertəsi
Qida obyektlərinin qeydiyyatı və təsdiqi ilə bağlı dövlət rüsumu ləğv edilib
14 fevral 2023, Çərşənbə axşamı
Dövlət qurumlarının informasiya sızmasının qarşısını alacaq proqram təminatı istifadəyə verilib