İranda zəlzələ baş verdi, Naxçıvanda hiss olundu
İran ərazisində zəlzələ olub.
LiderXəbər xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Qeyd olunub ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasında 86 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 5,5, dərinliyi isə 10 km olan təkanlar Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.
Oxşar Xəbərlər:
08 mart 2023, Çərşənbə
Biləsuvar rayonunda 4,2 maqnitudalı zəlzələ olub, ətraf rayonlarda hiss edilib
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər