Pressa.az » Dünya » Qazaxıstan hökuməti istefaya göndərilib

Qazaxıstan hökuməti istefaya göndərilib

29 mart 2023, Çərşənbə, 12:48
Qazaxıstan hökuməti istefaya göndərilib

Qazaxıstan hökuməti Məclisin (parlamentin aşağı palatası) yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib. 

LiderXəbər “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu gün VIII çağırış Məclisin ilk iclasının açılışında Alixan Smailovun Nazirlər Kabineti yeni seçilmiş Məclis qarşısında istefa verib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə öz vəzifələrini icra etməyi tapşıran fərman imzalayıb.

Qeyd edək ki, 98 deputatın daxil olduğu Məclisə növbədənkənar seçkilər martın 19-u keçirilib. Bu, qarışıq seçki sistemi üzrə həyata keçirilib: deputatların 70%-i (69 nəfər) partiya siyahıları, 30%-i (29 nəfər) birmandatlı seçki dairələri üzrə seçilib. Hakim Amanat Partiyası 53,9% səs toplayıb ki, bu da partiyanın artıq bölüşdürdüyü 40 mandata uyğundur.