Pressa.az » Dünya » Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərlənib

Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərlənib

30 mart 2023, Cümə axşamı, 10:00
Qırğızıstanda 40-dan çox uşaq naməlum maddədən zəhərlənib

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Lderxəbər xəbər verir ki, bu barədə TASS-a ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

"Oş vilayətinin Kara-Suu rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib", - nazirliyin mərkəzi aparatının nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub, onlardan 18-i xəstəxanaya yerləşdirilib.

Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq analizlər aparılır.