Pressa.az » Dünya » Ukraynanın "Avroviziya 2025"-də iştirak edib-etməyəcəyi dəqiqləşdi

Ukraynanın "Avroviziya 2025"-də iştirak edib-etməyəcəyi dəqiqləşdi

10 sentyabr 2024, Çərşənbə axşamı, 17:30
Ukraynanın "Avroviziya 2025"-də iştirak edib-etməyəcəyi dəqiqləşdi

Ukraynanın İsveçrədə keçiriləcək 69-cu "Avroviziya" musiqi müsabiqəsində iştirak edib-etməyəcəyi məlum olub.

Liderxeber.az Unian-a istinadən xəbər verir ki, milli yayım şirkəti Ukraynanın "Avroviziya 2025"də iştirak edəcəyini rəsmən təsdiqləyib. Ukraynanın bu mahnı müsabiqəsində iştirakı ilə bağlı çoxlu mübahisələr olub. İştirakın əleyhinə olan əsas arqument davam edən müharibə idi.

Lakin ekspertlərin fikrincə, müsabiqə Rusiyanın hərbi əməliyyatları nəticəsində davam edən faciəli hadisələrə diqqəti bir daha cəlb etmək üçün mühüm fürsətdir.