İranda İƏT Nazirlər Şurasının 28-ci iclası keçirilir, Məşhəd Bəyannaməsi qəbul olunacaq
İranın Məşhəd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 28-ci iclası keçirilir.
Liderxeber.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, tədbirdə İƏT-ə üzv ölkələr - Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Pakistan, Tacikistan, İranın xaric işlər nazirləri və nümayəndələri iştirak edirlər.
Vurğulanıb ki, dekabrın 2-də başlamış iclasda İƏT-ə üzv ölkələrin səfirləri, xarici işlər nazirlərinin müavinləri və ekspertləri müxtəlif iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlığa dair sənədlərin layihələrini müzakirəyə hazırlayıblar. Həmin sənədlər bu gün, dekabrın 3-də xarici işlər nazirləri tərəfindən təsdiqlənəcək.
Bundan başqa, iclasın yekun sənədi olaraq Məşhəd Bəyannaməsinin də qəbul ediləcəyi gözlənilir.