Çində güclü zəlzələ - 36 nəfər öldü+Yenilənib
Çinin cənub-qərbindəki Tibet muxtar rayonunda 7,1 maqnitudalı zəlzələ olub.
Liderxeber.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti bildirib.
Məlumata görə, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub. Çin Mərkəzi Televiziyasının məlumatına görə, zəlzələ dağıntılara və insan tələfatına səbəb olub. Bildirilib ki, təbii fəlakət nəticəsində azı 9 nəfər ölüb.
***
CGTN-in məlumatına görə, zəlzələdə ölənlərin sayı 36-ya çatıb.
Yeraltı təkanlar Nepal, Hindistan, Butan və Banqladeşdə də hiss olunub.
Oxşar Xəbərlər:
03 iyul 2024, Çərşənbə
Astanada Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olunub
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
31 oktyabr 2024, Cümə axşamı
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5