Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Ermənistan hökuməti növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyil.
Liderxeber.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
"Növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı həmişə müzakirələr olub. Bununla belə, biz növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmırıq", - baş nazir bildirib.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilə planlaşdırılıb.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI