İsrail İordan çayının Qərb sahilində antiterror əməliyyatına başlayıb

İsrail Müdafiə Ordusu (SAXAL) İordan çayının Qərb sahilinin şimalındakı Tulkarm qəsəbəsində antiterror əməliyyatına başlayıb.
Liderxeber.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, əməliyyatda SAXAL-ın bölmələri və İsrail Sərhəd Polisi qüvvələri iştirak edir.
SAXAL Fələstinin radikal HƏMAS hərəkatının səhra komandiri Əhəd Əbu Ativinin İordan çayının Qərb sahilindəki Tulkarm şəhərində hava hücumu nəticəsində məhv edildiyini bildirib. Əbu Ativi ilə yanaşı daha bir silahlı məhv edilib.
Xatırladaq ki, yanvarın 21-də İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının Qərb sahilinin şimalında, "Dəmir divar" adlandırılan Cenin şəhəri ərazisində genişmiqyaslı antiterror əməliyyatına başladığı bildirilirdi.
Oxşar Xəbərlər:

21 yanvar 2025, Çərşənbə axşamı
İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başladı

25 dekabr 2024, Çərşənbə
İordan çayı sahilində İsrail ordusu komandirlərinin zirehli avtomobil partladılıb

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

20 noyabr 2023, Bazar ertəsi
Prezident Qoşulmama Hərəkatının qadın hüquqları mövzusunda Konfransının iştirakçılarına müraciət edib