Bu ölkə beynəlxalq sərnişinlər üçün COVID test tələbini ləğv edir
Aprelin 29-dan Çin xaricdən gələn sərnişinlər üçün COVID-19 testinin nəticələrini bildirmək öhdəliyini qaldıracaq.
LiderXəbər xəbər verir ki, bu haqda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirilən müntəzəm mətbuat konfransında bildirib.
Qeyd edək ki, yanvarın 8-də Çin COVID-19-a “A kateqoriyalı epidemiya” kimi yanaşmağı dayandırıb, Sərhəd Sağlamlığı və Karantin Qanununa əsasən tətbiq edilən tədbirləri və məhdudiyyətləri ləğv edib və sərhədlərini yenidən açıb.
Yeni tətbiqdə sərnişinlərə səyahətdən yalnız 48 saat əvvəl antigen testindən keçərək sağlamlıqlarını yoxlamaları tövsiyə edilir.
Oxşar Xəbərlər:
17 aprel 2023, Bazar ertəsi
"Formula 1"-in keçiriləcəyi yollar aprelin 24-dən bağlanacaq, hərəkət mayın 2-dən bərpa olunacaq