Pressa.az » Dünya » Ərdoğanın səhhəti ilə bağlı açıqlama

Ərdoğanın səhhəti ilə bağlı açıqlama

27 aprel 2023, Cümə axşamı, 04:36
Ərdoğanın səhhəti ilə bağlı açıqlama

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti çox yaxşıdır, xəstəxanaya aparılması ilə bağlı deyilənlər doğru deyil”.

LiderXəbər Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

“Səhhəti çox yaxşıdır, daim əlaqə saxlayırıq. Prezidentin yüngül soyuqlaması var”- Oqtay əlavə edib.

Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi isə bəzi sosial media hesablarında paylaşılan “Prezident Ərdoğanın infarkt keçirərək xəstəxanaya yerləşdirildiyi” xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib.