Pressa.az » Dünya » Rusiya-ABŞ görüşü altı saatdan çox davam edib - Yenilənib

Rusiya-ABŞ görüşü altı saatdan çox davam edib - Yenilənib

27 fevral 2025, Cümə axşamı, 17:53
Rusiya-ABŞ görüşü altı saatdan çox davam edib - Yenilənib

İstanbulda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş başlayıb.

Liderxeber.az TASS-a istinadən xəbər verir ki, danışıqlar ABŞ-nin İstanbuldakı Baş konsulunun iqamətgahında keçirilir. 

Mətbuata qapalı keçirilən görüşdə iştirak edən nümayəndə heyətlərinin tərkibi açıqlanmayıb.

Görüş zamanı iki ölkə səfirliklərinin işində problemlər və onların normal fəaliyyətinin bərpa edilməsi yolları müzakirə ediləcək. Danışıqların uzun müddət davam edəcəyi gözlənilir.

***

TASS-ın yaydığı məlumata görə, İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başa çatıb. Görüşün 6,5 ​​saat davam etdiyi bildirilir.

Hələlik danışıqlar barədə mətbuata şərh verilməyib.

Xatırladaq ki, bundan əvvəlki görüş fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub. Rusiya nümayəndə heyətinə ölkənin xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov başçılıq edib. Nümayəndə heyəti ABŞ Dövlət katibi Marko Rubio, prezident Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və xüsusi nümayəndə Stiv Uitkoffla danışıqlar aparıb.