Pressa.az » Dünya » İranda hərbi obyektdə partlayış - Ölən və yaralılar var

İranda hərbi obyektdə partlayış - Ölən və yaralılar var

07 mart 2025, Cümə, 09:00
İranda hərbi obyektdə partlayış - Ölən və yaralılar var

İranın paytaxtı Tehranın şərqində yerləşən hərbi obyektdə yanğın və partlayış olub.

Liderxeber.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 10 yanğınsöndürən yaralanıb.

İlkin olaraq konteynerin içərisində yanğının başladığı, daha sonra yanğınsöndürənlərin alovu söndürməyə çalışdığı zaman partlayışın baş verdiyi bildirilib.

Digər xəbər agentliklərinin verdiyi məlumata görə, 4 yanğınsöndürən xəstəxanaya aparılıb, daha 6 nəfər yüngül xəsarətlər aldığı üçün ilkin müdaxilədən sonra evə buraxılıb.

Hadisənin səbəbləri barədə ətraflı məlumat verilməyib.