Pressa.az » Dünya » Türkiyədə silahlı hücum zamanı 5 nəfər xəsarət alıb

Türkiyədə silahlı hücum zamanı 5 nəfər xəsarət alıb

07 mart 2025, Cümə, 09:25
Türkiyədə silahlı hücum zamanı 5 nəfər xəsarət alıb

Türkiyənin Çorum şəhərində 35 yaşlı H.C. qəhvəxanaya silahlı basqın edib.

Bu barədə Liderxeber.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə ötən gün yerli vaxtla saat 22:00 radələrində baş verib. Qeyd edilir ki, silahlı şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində 2-si ağır olmaqla 5 nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım cəlb edilib. Yaralılar şəhərin ayrı-ayrı xəstəxanalarına çatdırılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Polis silahlı hücumu həyata keçirən şəxsin saxlanılması üçün geniş miqyaslı əməliyyata başlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.