Pressa.az » İdman » Türkiyə futbolunda daha bir biabırçılıq

Türkiyə futbolunda daha bir biabırçılıq

14 aprel 2025, Bazar ertəsi, 15:58
Türkiyə futbolunda daha bir biabırçılıq

Adı açıqlanmayan futbol referisinin avtomobilində qadağan olunmuş maddə aşkarlandığı üçün polis tərəfindən saxlanılıb.

Liderxeber.az "SporX"ə istinadən xəbər verir ki, adı açıqlanmayan referi xanımı ilə birgə polislərin xüsusi yerləşdirdiyi postda yoxlanışdan keçərkən ciblərindən qadağan olunmuş maddə aşkarlanıb.

Referi bu səbəbdən polis tərəfindən saxlanılıb və haqqında cinayət işi açılıb.

Qeyd edək ki, bu Türkiyə futbolunda birinci belə hal deyil. Daha öncə klub prezidenti referiyə hücum çəkərərək xəsarət yetirmişdi Daha sonra isə qadın hakim federasiya rəsmisi ilə cinsi əlaqədə olduğu üçün futboldan uzaqlaşdırılmışdı.