Pressa.az » İdman » “Sumqayıt” pakistanlı futbolçu ilə müqavilə imzaladı

“Sumqayıt” pakistanlı futbolçu ilə müqavilə imzaladı

02 may 2025, Cümə, 11:19
“Sumqayıt” pakistanlı futbolçu ilə müqavilə imzaladı

“Sumqayıt” pakistanlı oyunçusu İsa Sulimanla müqaviləni yeniləyib.

Liderxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçinin mövsümün sonunda başa çatacaq müqaviləsi 2027-ci ilin iyununa qədər uzadılıb.

Qeyd edək ki, 2023/24 mövsümündən "Sumqayıt"da çıxış edən İsa Suliman 27 Premyer Liqa və 2 kubok matçında meydanda olub. O, bu matçlarda 4 qol vurub.