Hokkey üzrə milli komandamız ilk dəfə beynəlxalq turnirdə iştirak edəcək

Mayın 9-11-i aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək hokkey üzrə beynəlxalq "Galaxy Cup" turnirində Azərbaycan ilk dəfə təmsil olunacaq.
Liderxeber.az xəbər verir ki, yarışda "Ocaq Sport" klubunun 2013-2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi Azərbaycan adından iştirak edəcək.
Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə hokkey sahəsində ilk beynəlxalq çıxış olacaq və ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm addım hesab olunur.
Gənc idmançılar yalnız fərdi bacarıqlarını deyil, həm də Azərbaycan hokkey məktəbinin formalaşmaqda olan potensialını nümayiş etdirəcəklər.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO