Pressa.az » İdman » Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

15 may 2025, Cümə axşamı, 15:44
Millimizin Dünya Kuboku üçün heyəti açıqlandı

3x3 kişi basketbolçulardan ibarət Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti açıqlanıb.

Liderxeber.az xəbər verir ki, yarışın Bakıda keçiriləcək seçmə mərhələ oyunlarında yığmamız Orxan Aydın, Amil Həmzəyev, Nəzər Quliyev və Kamran Məmmədovdan ibarət olacaq.
Komandaya baş məşqçi Zaur Paşayev rəhbərlik edəcək.

B qrupunda yer alan millimiz mayın 24-də Kanada, 25-də Böyük Britaniya basketbolçuları ilə qarşılaşacaq.