"Real Madrid" ulduz futbolçunun transferini açıqladı

"Real Madrid" Trent Aleksander-Arnold transferini rəsmən açıqlayıb.
Liderxeber.az xəbər verir ki, "Kral" klubu 26 yaşlı cinah müdafiəçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Aleksander-Arnold azad agent kimi "Kral klubu"na qoşulub.
Buna baxmayaraq, "Real Madrid" onu Klublararası Dünya Çempionatında oynatmaq üçün "Liverpul"a 10 milyon avro ödəməli olacaq.
İngilis futbolçu Din Heysendən sonra bu yay Madrid təmsilçisinin ikinci rəsmi transferi olub.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

13 iyun 2024, Cümə axşamı
Azərbaycandan xaricə birbaşa və tranzit yolla səfər üçün aviabiletlərin qiymətləri açıqlanıb