Kristof Daum reanimasiyaya yerləşdirildi
Türkiyənin "Beşiktaş", "Fənərbaxça" və "Bursaspor" klublarının sabiq baş məşqçisi Kristof Daum Nyu-Yorkda reanimasiyaya yerləşdirilib.
LiderXəbər xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 69 yaşlı mütəxəssisin onkoloji xəstəlikdən müalicə aldığı vurğulanıb.
Qeyd edək ki, K.Daum 1994-1996 və 2001-2002-ci illərdə "Beşiktaş"ı, 2003-2006 və 2009-2010-cu illərdə "Fənərbaxça"nı, 2013-2014-cü illərdə isə "Bursaspor"u çalışdırıb. O, "Fənərbaxça" ilə 2, "Beşiktaş"la 1 dəfə ölkə çempionluğu yaşayıb. Almaniyalı mütəxəssisin son iş yeri Rumıniya millisi (2016-2017) olub.
Oxşar Xəbərlər:
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər