Pressa.az » İdman » Ronaldu dünya rekordunu yenilədi

Ronaldu dünya rekordunu yenilədi

09 iyun 2025, Bazar ertəsi, 11:17
Ronaldu dünya rekordunu yenilədi

Portuqaliyalı hücumçu Kriştianu Ronaldu milli komandada qolların sayına görə dünya rekordunu yeniləyib.

Liderxebet.az championat.com saytına istinadla xəbər verir ki, K.Ronaldu yığmada 138-ci qolunu vuraraq, dünya rekordunu yeniləyib.

Forvard 138-ci qolunu UEFA Millətlər Liqasının finalında İspaniya seçmə komandasının qapısından keçirib (2:2, 5:3 pen.).

Yığmada qolların sayına görə ikinci yerdə argentinalı Lionel Messi qərarlaşıb. Onun hesabında 112 qol var.