"Sabah" klubunun Avroliqadakı rəqibi bu gün bəlli olacaq

"Sabah" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı rəqib bu gün müəyyənləşəcək.
Liderxeber.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Turnirin səpələnməmişlər səbətində yer alan Bakı təmsilçisinin qarşısına çıxması ehtimal olunan 8 klub var. Bunlar İsrailin "Hapoel" (Beer-Şeva), Ukraynanın "Şaxtyor" (Donetsk), Serbiyanın "Partizan", Polşanın "Legiya", Rumıniyanın "ÇFR" (Kluj), Slovakiyanın "Spartak" (Trnava), Sloveniyanın "Sele" və Moldovanın "Şerif" komandalarıdır.
Qeyd edək ki, "Sabah" Avropa Liqasındakı ilk qarşılaşmasını iyulun 10-da, cavab oyununu isə iyulun 17-də keçirəcək.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2023, Cümə axşamı
Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub