Azərbaycan güləşçiləri beynəlxalq turnirdə 6 medal qazanıblar

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçirilir.
Liderxeber.az xəbər verir ki, ənənəvi yarışın ikinci günündə yunan-Roma və qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Xalçaya çıxan 7 təmsilçimizdən 6-sı fəxri kürsüyə qalxıb.
Yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) və Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıblar. Qadın güləşində isə Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədova (53 kq) və Birgül Soltanova (62 kq) bürünc medala sahib çıxıblar.
Qeyd edək ki, ilk yarış günündə Əsmər Cankurtaran (50 kq) və Gültəkin Şirinova (55 kq) beşinci yerlə kifayətləniblər. Turnirin son 2 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

24 dekabr 2024, Çərşənbə axşamı
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür

13 avqust 2024, Çərşənbə axşamı
Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıblar