Pressa.az » İdman » “Neftçi” “Araz-Naxçıvan”ın futbolçusunu transfer etdi

“Neftçi” “Araz-Naxçıvan”ın futbolçusunu transfer etdi

02 iyul 2025, Çərşənbə, 13:00
“Neftçi” “Araz-Naxçıvan”ın futbolçusunu transfer etdi

“Neftçi” İqor Ribeyro ilə müqavilə bağlayıb.

Liderxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi ilə anlaşmanın müddəti 2 ildir.

“Araz-Naxçıvan” klubu ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.

28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.