"Barselona" yeni mövsümün ilk oyunlarını "Kamp Nou"da keçirə bilməyəcək

İspaniyanın "Barselona" klubunun stadionu "Kamp Nou" yeni mövsümün ilk oyunlarına hazır olmayacaq.
Liderxeber.az AS nəşrinə istinadən xəbər verir ki, yenidənqurma işləri aparılan arenada meydança hələ hazırlanmayıb.
"Barselona" daha əvvəl bəyan etmişdi ki, komanda "Joan Qamper" kuboku uğrunda ənənəvi matçı "Kamp Nou"da keçirəcək.
Builki rəqib İtaliya "Komo"su olacaq. Qarşılaşma avqustun 10-da keçiriləcək.
Qeyd edək ki, "Kamp Nou"da 2023-cü ilin yayından yenidənqurma işləri aparılır. "Barselona" bu müddət ərzində ev oyunlarını Luis Kompanis adına Olimpiya Stadionunda keçirir.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

07 sentyabr 2024, Şənbə
İtaliya Fransanın Cənubi Qafqaz regionundakı gündəliyini dəstəkləmir - "Kaspi"nin təhlili

13 mart 2025, Cümə axşamı
“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”