Pressa.az » İdman » Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi başlayır

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi başlayır

22 iyul 2025, Çərşənbə axşamı, 12:00
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi başlayır

Çempionlar Liqasında 2-ci təsnifat mərhələsi bu gün start götürür

UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün 2-ci təsnifat mərhələsi bu gün start götürür.

Liderxeber.az xəbər verir ki, bu gün 13, iyulun sabah isə 2 görüş baş tutacaq.

Bu gün keçiriləcək qarşılaşmalar:

 “KuPS” (Finlandiya) – “Kayrat Almatı” (Qazaxıstan)
 
“Linkoln” (Cəbəllütariq) – “Srvena Zvezda” (Serbiya)
 
 “Noah” (Ermənistan) – “Ferençvaroş” (Macarıstan)
 
“FK RFS” (Latviya) – “Malmö” (İsveç)
 
 “Hamrun Spartans” (Malta) - Dinamo Kiyev (Ukrayna)
 
 “Pafos” (Kipr) – “Makkabi Tel Əviv” (İsrail)
 
 “Kopenhagen” (Danimarka) - Drita (Kosovo)
 
 “Viktoriya Plzen” (Çexiya) – “Servet” (İsveçrə)
 
 “Şkendiya” (Şimali Makedoniya) – “FCSB” (Ruminiya)
 
 “Slovan Bratislava” (Slovakiya) – “Jrinski Mostar” (Bosniya və Herseqovina)
 
“Lex” (Polşa) – “Breydablik” (İslandiya)
 
“Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan)
 
“Reyncers” (Şotlandiya) – “Panatinaikos” (Yunanıstan)

 
Sabah baç tutacaq qarşılaşmalar: 

“Brann” (Norveç) – “Zalsburq” (Avstriya)

“Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Qeyd edək ki, təmsilçimiz “Qarabağ” “Şelbrun” səddini keçsə III təsnifat mərhələsində “Şkendiya” – “FCSB” cütünün qalibi ilə qarşılaşacaq