De Bruyne Qvardiola ilə Konte arasındakı fərqdən danışdı

Belçikalı yarımmüdafiəçi Kevin De Bruyne "Napoli"nin baş məşqçisi Antonio Konte ilə "Mançester Siti"yə rəhbərlik edən ispan mütəxəssis Xosep Qvardiolanın məşqçilik yanaşmasını müqayisə edib.
Liderxeber.az "Sky Sport Italia"ya istinadla xəbər verir ki, belçikalı ulduz Kontenin müdafiəyə meyilli futbola üstünlük verdiyini bildirib.
"Pep yəqin ki, hücuma, Konte isə daha çox müdafiəyə meyillidir. Lakin bunu dəqiq söyləmək çətindir. Biz cəmi 10 gündür birlikdə işləyirik və mənim Qvardiola ilə doqquzillik təcrübəm var", - deyə De Bruyne bildirib.
Xatırladaq ki, 34 yaşlı yarımmüdafiəçi azad agent kimi "Mançester Siti"dən "Napoli"yə bu yay keçib. Ötən mövsüm De Bruyne bütün turnirlərdə 40 oyun keçirib, 6 qol vurub və 8 məhsuldar ötürmə edib. "Transfermarkt"ın məlumatına görə, onun hazırkı bazar dəyəri 20 milyon avrodur.