"Barselona" ilə oyundan sonra "depressiya" yaşayan azyaşlı "Malyorka"nın məşqinə dəvət edildi
İspaniyanın "Malyorka" klubu La Liqanın I turunda "Barselona"ya qarşı oyunda ağlayan oğlan uşağını komandanın məşqinə dəvət edib.
Liderxeber.az xəbər verir ki, bu barədə klub "X" səhifəsində paylaşım edib.
Xatırladaq ki, "Barselona"ya 0-3 hesabı ilə uduzduğu matçda "Malyorka" iki qırmızı kart alıb. Lorens Simone adlı həmin uşaq azarkeş də ikinci qırmızı kart veriləndən sonra ağlamağa başlayıb.
Uşağın fotosu tez bir zamanda sosial şəbəkələrdə geniş müzakirə olunub və klub onu məşqə dəvət etmək qərarına gəlib. Məşqdə iştirak edən klub üzvləri Lorenslə söhbət edərək, ona klubun formasını bağışlayıblar.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
27 mart 2025, Cümə axşamı
İlham Əliyev və birinci xanım Ağdamın Sarıcalı kəndinin ilk mərhələsinin açılışında iştirak edib - YENİLƏNİB-2
06 mart 2024, Çərşənbə
Qurban Qurbanov: "Böyümək üçün "Bayer"ə qarşı çəkinmədən mübarizə aparmalıyıq"
