Azərbaycan klublarının rəqibləri müəyyənləşdi - Çempionlar Liqası
Minifutbol üzrə Çempionlar Liqasının püşkü atılıb.
Liderxeber.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan təmsilçiləri "Birbaşa Bakı", "Zirə" və "AzNur"un da rəqibləri müəyyənləşib.
Çempionlar Liqasının son qalibi "Birbaşa Bakı" "Red Star Belqrad" (Serbiya), "Portu" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) ilə eyni qrupda yer alıb.
"Zirə" "Red Meat Afula" (İsrail), "MF 22 Jakmart Humenne" (Slovakiya) və "Budapeşt" (Macarıstan) klubları ilə qarşılaşacaq.
"Aznur"un rəqibləri isə "Almatı" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri olub.
Qeyd edək ki, Çempionlar Liqası sentyabrda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.
Oxşar Xəbərlər:
25 may 2023, Cümə axşamı
Konfrans Liqası: "Neftçi" və "Sabah"ın daha iki potensial rəqibi bəlli olub
12 iyun 2024, Çərşənbə
Tarixində ilk dəfə Avropa çempionatına qatılan Gürcüstan üç nəhənglə necə bacaracaq? - F qrupu
02 fevral 2023, Cümə axşamı
Azərbaycan və Rumıniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
