Millimizin futbolçuları heç-heçəyə görə mükafat aldılar

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə heç-heçə (1:1) etdiyi matça görə mükafat alıb.
Liderxeber.az xəbər verir ki, bunu "Qafqazinfo"ya AFFA-nın mətbuat xidmətinin rəhbəri Murad Axundov açıqlayıb.
O bildirib ki, komanda 1 xal qazandığı matça görə mükafat alıb: "Amma rəqəmi açıqlaya bilmərik".
Qeyd edək ki, sosial şəbəkələrdə və mediada milli komandanın Ukrayna ilə 1:1-lik heç-heçə etdiyi matça görə mükafatlar aldığı barədə məlumatlar yayılıb. Bu məlumatlarda AFFA-nın hər futbolçuya 10-25 min manat arası mükafat verildiyi yazılıb.
AFFA rəsmisi isə bu xəbərlərə münasibət bildirməyib.
AFFA rəhbərliyi millimizin dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ukrayna ilə heç-heçə (1:1) etməsinə biganə qalmayıb.
Liderxeber.az İdmanxeber.az-a istinadən xəbər verir ki, yığmanın futbolçuları bu nəticə üçün pul mükafatı alacaqlar. Rəhbərlik bu matçda meydana əsas heyətdə çıxan oyunçuların hər birinə 25 min manat mükafat ayırıb.
Qarşılaşmaya sonradan daxil olan futbolçular bu məbləğin 75 faizini (18 750 manat), görüşü ehtiyatdan izləyənlər isə 50 faizini (12 500 manat) alacaqlar.