Pressa.az » İdman » “Qarabağ” UEFA reytinqində əmsalını artırdı

“Qarabağ” UEFA reytinqində əmsalını artırdı

02 oktyabr 2025, Cümə axşamı, 10:03
“Qarabağ” UEFA reytinqində əmsalını artırdı

Qarabağ” komandası UEFA reytinqində Azərbaycanın əmsalını artırıb.

Liderxeber.az xəbər verir ki, bu, Ağdam klubunun Çempionlar Liqasının əsas mərhələsinin II turunda evdə Danimarkanın “Kopenhagen” klubunu məğlub etməsi (2:0) ilə mümkün olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv qələbə sayəsində ölkənin hesabına daha 0.500 əmsal yazdırıb. 

Azərbaycan hazırda 22.000 əmsalla 25-ci pillədə qərarlaşıb. 24-cü yerdə Serbiya (22.375), 26-cı sırada Slovakiyadır (21.375).

Qeyd edək ki, İngiltərə (97.116) UEFA reytinqində birincidir.