İslamiada: Sonuncu gündə Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının sonuncu günündə Azərbaycan idmançıları üç növdə çıxış edəcəklər.
Liderxeber.az xəbər verir ki, ciu-citsuda Əmirxan Quluzadə (77 kq) və Maqsudxan Quluzadə (62 kq) uğur qazanmağa çalışacaqlar.
Parapauerliftinqdə Zəhra Dadaşova (61 kq) və Ceyhun Mahmudov (59 kq) mübarizə aparacaqlar.
Sərbəst güləşçilərdən Ağanəzər Novruzov (74 kq), Arseniy Djioyev (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaqlar.
Qeyd edək ki, İslamiada bu gün başa çatacaq. Azərbaycan 55 mükafatla (8 qızıl, 18 bürünc, 29 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.
Oxşar Xəbərlər:
19 noyabr 2025, Çərşənbə
VI İslam Həmrəyliyi Oyunları: Təmsilçilərimiz dörd növdə mübarizə aparacaqlar
15 sentyabr 2025, Bazar ertəsi
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
14 noyabr 2025, Cümə
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları iki növdə mübarizə aparacaqlar
13 avqust 2024, Çərşənbə axşamı
Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıblar
