Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarını 59 medalla başa vurdu
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarışlara yekun vurulub.
Liderxeber.az xəbər verir ki, son gündə Azərbaycan təmsilçiləri daha 4 medal qazanıblar.
Bununla da Azərbaycan komandası Oyunları ümumilikdə 59 medalla başa vurub. Bunların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan ikinci, İran üçüncü olub.
Yarışlarda ümumilikdə 57 ölkədən idmançılar mübarizə aparıblar.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
06 oktyabr 2025, Bazar ertəsi
Boksçularımız MDB Oyunlarını 6 qızıl, 5 gümüş və 13 bürünc medalla başa vurdular
