Pressa.az » İdman » İki taekvondoçumuz Avropa çempionu oldu - Fotolar

İki taekvondoçumuz Avropa çempionu oldu - Fotolar

22 noyabr 2025, Şənbə, 16:29
İki taekvondoçumuz Avropa çempionu oldu - Fotolar

19-21 noyabr tarixlərində İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyi keçirilib.

Liderxeber.az xəbər verir ki, yarış milli komandamızın parlaq çıxışı ilə yadda qalıb.

Belə ki, taekvondoçularımız mötəbər yarışda ümumilikdə 5 medal (2 qızıl, 1 gümüş, 2 bürünc) əldə ediblər.

Milli komandamızın üzvləri İlyas Hətəmli (48 kq) və Elcan Əliyev (78 kq) bütün rəqiblərinə qalib gələrək, Avropa çempionu adını qazanıblar. Vasif Səlimov (68 kq) gümüş, Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) isə bürünc medallara sahib çıxıblar. 

Azərbaycanın oğlanlardan ibarət milli komandası ümumi hesabda birinci yerə çıxaraq kuboka layiq görülüb.

Çempion adını qazanmış milli komandamızın üzvü İlyas Hətəmli (48 kq) “Yarışın ən yaxşı idmançısı”, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva isə “Ən yaxşı qadın hakimi” seçilib.