İran DÇ-2026-nın püşkatma mərasimində iştirak etməyəcək
İran nümayəndə heyəti 2026-cı il futbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirakdan ABŞ-nin İrandan olan idmançılara qarşı tətbiq etdiyi viza məhdudiyyətlərinə görə rədd cavabı verib.
Liderxeber.az-ın "TASS"a istinadən xəbərinə görə, bu barədə İran Futbol Federasiyasının nümayəndəsi Amir Mehdi Ələvi məlumat verib.
"ABŞ tərəfinin idmana zidd hesab edilən davranışı ilə əlaqədar, İran nümayəndə heyəti dekabrın 5-də keçiriləcək püşkatmada iştirak etməməyi qərara alıb", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək dünya çempionatına ümumilikdə 48 komanda qatılacaq. Püşkatma mərasimi bu il dekabrın 5-də Vaşinqtonda baş tutacaq.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
04 noyabr 2024, Bazar ertəsi
XİN: COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı yenidən viza üçün müraciət etməlidirlər
