Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarıldı
2026-cı ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran-Prisi üçün “Early Bird” – erkən bilet satışına start verilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
24-26 sentyabr aralığında baş tutacaq yarış üçün biletləri www.azerbaijangp.com üzərindən əldə etmək mümkündür. Bakı Şəhər Halqasının rəsmi vebsaytı və mobil tətbiqi vasitəsilə tətbiq olunan eksklüziv 20%-lik “Early Bird” endirimi 15 dekabr tarixinədək qüvvədədir.
Azarkeşlər 4 günlük bilet əldə etməklə hər il olduğu kimi 3 günlük tribuna biletləri ilə yanaşı, Pit zolağı gəzintisi imkanı əldə edəcək, sevimli F1 komandalarını, pilotları və onların qarajlarını yaxından görmək imkanı qazanacaqlar.
Qeyd edək ki, 2025-ci il yarış həftəsonunda 90 min tamaşaçı ilə son 9 ilin ən yüksək iştirak göstəricisi qeydə alınıb.
