UEFA Çempionlar Liqası: "Qarabağ" növbəti sınaq qarşısında
UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" bu gün növbəti oyununa çıxacaq.
Liderxeber.az xəbər verir ki, təmsilçimiz Niderlandın "Ayaks" klubu ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirələcək matç Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu yanvarın 21-də doğma meydanda "Ayntraxt Frankfurt" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş turunda iki qələbə, bir heç-heçə və iki məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.
10 dekabr
UEFA Çempionlar Liqası
VI tur
Saat 21:45, "Qarabağ" - "Ayaks".
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
09 dekabr 2025, Çərşənbə axşamı
UEFA Çempionlar Liqası: Əsas mərhələnin altıncı turuna start verilir
