ÇL oyunundakı bu səhv gündəm oldu
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda İspaniyanın “Vilyarreal” komandası “El Madrigal” stadionunda Danimarka təmsilçisi “Kopenhagen”i qəbul edərkən gözlənilməz hadisə baş verib.
Liderxeber.az xəbər verir ki, matçdan əvvəl oyunçular meydana daxil olduğu zaman ənənəvi Çempionlar Liqası himni əvəzinə səhvən UEFA Avropa Liqasının himni səsləndirilib.
Bu, tribunadakı azarkeşlərin kəskin reaksiyasına səbəb olub. Onlar bu qarışıqlığı fitə basıblar.
O anlar sosial şəbəkələrdə qısa müddətdə geniş müzakirələrə səbəb olaraq gündəmə çevrilib.
Qeyd edək ki, “Vilyarreal” - “Kopenhagen” matçı (2:3) ev sahiblərinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
22 oktyabr 2025, Çərşənbə
UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda da məğlub olub
30 may 2024, Cümə axşamı
Aİ-dən 150-dən çox ailəyə hörmətsizlik - əfv sərəncamına kölgə salmaq cəhdi - ŞƏRH
