Pressa.az » İdman » Gənclər və İdman Nazirliyi yeni inzibati binaya köçəcək

Gənclər və İdman Nazirliyi yeni inzibati binaya köçəcək

11 dekabr 2025, Cümə axşamı, 15:13
Gənclər və İdman Nazirliyi yeni inzibati binaya köçəcək

Olimpiya Hərəkatı və İdman Muzeyi kimi inşasına başlanmış tikili Gənclər və İdman Nazirliyinin inzibati binasına çevriləcək.

Liderxeber.az xəbər verir ki, İqtisadiyyat.az bu barədə nazirlikdən məlumat əldə edib.

Bildirilib ki, bununla əlaqədar tikinti işlərinin davam etdirilməsinə başlanılır.

Nazirlik işlərin icrası ilə bağlı "İnşaatçı 3" şirkəti ilə müqavilə bağlayıb. Bu razılaşmaya əsasən, Olimpiya Hərəkatı və İdman Muzeyi kimi tikintisinə start verilmiş obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin yekunlaşdırılması 1 milyon 656 min manata başa gələcək.