Pressa.az » İdman » “Qarabağ”ın bir oyunu ləğv edildi

“Qarabağ”ın bir oyunu ləğv edildi

19 iyun 2026, Cümə, 12:46
“Qarabağ”ın bir oyunu ləğv edildi

Bolqarıstanın ÇSKA klubu yay təlim-məşq toplanışının proqramına düzəliş edib.

Liderxeber.az xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iyunun 27-də Avstriyada “Qarabağ”a qarşı planlaşdırılan yoxlama görüşü ləğv edilib. Bu qərarın verilməsinə hər iki komandanın UEFA Avropa Liqasında bir-birinə rəqib olmaq ehtimalı səbəb olub.

Belə ki, tərəflər Avroliqada ilk mərhələni uğurla keçəcəkləri təqdirdə növbəti raundda üz-üzə gələ bilərlər.