Türkiyə klubunda yeni baş məşçi
Türkiyənin “Kayserispor” klubunun yeni baş məşqçisi müəyyənləşib.
LiderXəbər Superliqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Recep Uçar çalışdıracaq.
47 yaşlı mütəxəssislə 2023/24 mövsümünün sonuna kimi sözləşmə imzalanıb.
Qeyd edək ki, Uçar son olaraq “Ümraniyespor”un baş məşqçisi olub.