Pressa.az » İdman » Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi

Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi

04 noyabr 2026, Çərşənbə, 14:00
Premyer Liqanın XI turu “Zəfər turu” elan edildi

Misli Premyer Liqasının XI turu “Zəfər turu” elan edilib. 

Liderxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. 

Qeyd olunub ki, vətən müharibəsində şanlı qələbəmizin 6-cı ildönümü ilə əlaqədar olaraq Misli Premyer Liqasının noyabrın 6-8-də keçiriləcək 11-ci turu “Zəfər turu” elan edilib. 

Bununla bağlı olaraq turun oyunlarından əvvəl stadionlarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriləcək.