Pressa.az » İdman » “Barselona” Pedri ilə yollarını ayırır

“Barselona” Pedri ilə yollarını ayırır

03 may 2024, Cümə, 13:14
“Barselona” Pedri ilə yollarını ayırır

“Barselona” yarımmüdafiəçisi Pedri Lopezlə yollarını ayıracaq.

LiderXəbər xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Klub 21 yaşlı futbolçunun transferi ilə bağlı təklifləri nəzərdən keçirir.

Buna görə də “Barselona” rəhbərliyinin Pedri ilə yeni müqavilə üçün danışıqları dayandırdığı bildirilib.

Qeyd edək ki, İspaniya millisinin də üzvü olan futbolçu bu mövsüm “Barselona”da ümumilikdə 29 oyun keçirib, 2 qol vurub, 5 qol ötürməsi edib.