AFFA son iki turda əcnəbi VAR hakimi olacağını təsdiqlədi
AFFA-nın baş katibi Sərxan Hacıyev Azərbaycan Premyer Liqasının son iki turunda VAR-da əcnəbi hakimlərin olacağını təsdiqləyib.
Pressa.az xəbər verir ki, qurum rəsmisi bununla bağlı “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində danışıb.
S.Hacıyev bildirib ki, avrokuboklar zonasında gərgin mübarizənin getdiyini nəzərə alaraq AFFA bu cür addım atıb: “Artıq bu həftə 1 və ya 2 oyunda VAR hakimləri əcnəbi olacaq. Bunun da matçlara müsbət təsir edəcəyini düşünürəm”.
Oxşar Xəbərlər:
07 noyabr 2023, Çərşənbə axşamı
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
06 mart 2024, Çərşənbə
Qurban Qurbanov: "Böyümək üçün "Bayer"ə qarşı çəkinmədən mübarizə aparmalıyıq"