"Fənərbaxça" 10 nəfərlə "Qalatasaray"a qalib gəldi
Dünən Türkiyə Superliqasında İstanbul derbisi keçirilib.
37-ci turda "Qalatasaray" evdə "Fənərbaxça"nı qəbul edib. "Rams Qlobal Stadionu"nda oynanılan görüş "Fənərbaxça"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İsmayıl Kartalın komandası 21-ci dəqiqədən azlıqda qalsa da, səfər matçını qələbə ilə başa vurub. Oyunda yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü vurub.
"Qalatasaray" - "Fənərbaxça" - 0:1
Qol: Söyüncü, 71
Qırmızı vərəqə: Aleksandr Djiku, 21 ("Fənərbaxça")
Baş hakim: Arda Kardeşlər
"Rams Qlobal Stadionu"
Bugünkü oyun çempionluğ baxımından da əhəmiyyət daşıyırdı. "Qalatasaray" bu görüşdə uduzmasa, çempionluğu rəsmiləşdirəcəkdi. Ancaq "Fənərbaxça" qələbə qazanmaqla çempionatda intiriqanı son tura qədər saxlayıb. Bununla belə, növbəti turda da "Fənərbaxça"nın çempion olması öz əlində deyil. Hazırda "Qalatasaray" 99 xalla lider, "Fənərbaxça" isə 96 xalla 2-cidir.
Mövsümün son turunda "Fənərbaxça" "İstanbulspor"u qəbul edəcək. "Qalatasaray" isə "Konyaspor"un qonağı olacaq. Hər iki görüş mayın 26-da keçiriləcək. "Qalatasaray"a çempionluq üçün 1 xal kifayətdirsə, "Fənərbaxça" qalib gəlməli və "Qalatasaray"ın uduzmasını gözləməlidir.